AZ

Kruiz laynerində hantavirusa yoluxanların sayı artıb

"MV Hondius" kruiz laynerində hantavirusa yoluxanların sayı yeddi nəfərə yüksəlib. İki yoluxma halı laboratoriyada təsdiqlənib.

Qaziler.az xəbər verir ki, bu haqda məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) saytında verilib.

Təşkilatdan verilən dəqiqləşdirilmiş məlumatda deyilir: "Yeddi xəstəlik halı aşkar edilib (ikisi laboratoriya tərəfindən təsdiqlənmiş hantavirus infeksiyası və beş şübhəli hal), o cümlədən üç ölüm hadisəsi baş verib, bir pasiyent kritik vəziyyətdədir, üç nəfərdə isə yüngül simptomlar müşahidə olunur".

Qeyd olunur ki, ağır respirator xəstəliyi olan sərnişinlər barədə ilk məlumat mayın 2-də daxil olub. Bəzi zərərçəkənlərdə hantavirus üçün xarakterik simptomlar hələ aprelin 6-dan 28-nə qədər olan müddətdə qeydə alınıb.

QAZİLER.AZ

Seçilən
26
qaziler.az

1Mənbələr