Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub.
Medicina.az "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.
Əmrə əsasən, Gülməmmədov Sahib Azər oğlu TƏBİB Katibliyinin rəhbəri təyin edilib.
S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi idi.
Qeyd edək ki, Sahib Gülməmmədov 2023-cü ildə Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri olduğu zaman köməkçi təyin edilmişdi.
