AZ

Birinci sinfə şagird qəbulu bugündən başlayır

2026–2027-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu mayın 6-dan başlayır.


Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatına görə, qəbul prosesi mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq.


Elektron qəbul ölkənin bütün şəhər və rayonlarında yerləşən ümumi təhsil müəssisələrini əhatə edir. Qeydiyyat zamanı uşaqların şəxsiyyət vəsiqəsinin olması mütləqdir.


Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.

Seçilən
14
49
anews.az

10Mənbələr