AZ

İcra başçısı sakinləri dinlədi, tapşırıqlar verdi FOTOLAR

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov rayon sakinləri ilə növbəti görüşünü keçirib.

Demokrat.az xəbər verir ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yerlərdə vətəndaş müraciətlərinə obyektiv və operativ baxılması, vətəndaş məmnunluğunun təmin edilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq təşkil edilib.Bu gün, mayın 5-də keçirilən qəbulda rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, həmçinin idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak ediblər.Qəbul zamanı sakinlər tərəfindən qaldırılan məsələlər və təkliflər Sevindik Hətəmov tərəfindən tək-tək dinlənilib. Müraciətlərin operativ həlli məqsədilə icra hakimiyyətinin səlahiyyətləri daxilində olan məsələlər üçün yerindəcə tapşırıqlar verilib. Digər məsələlərlə bağlı isə qanunvericiliyin tələbləri vətəndaşlara izah olunub, araşdırılması tələb olunan müraciətlərin müvafiq qurumlara göndərilməsi təmin edilib.Sakinlər vətəndaş müraciətlərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
demokrat.az

1Mənbələr