AZ

Fon der Lyayen Ermənistanla əlaqəlilik üzrə tərəfdaşlığın imzalandığını açıqlayıb

Avropa İttifaqı (Aİ) və Ermənistan "Əlaqəlilik üzrə tərəfdaşlıq" haqqında sənəd imzalayıblar.

Bu barədə "Far.Az" Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin "X"dəki paylaşımına istinadən xəbər verir.

"İmzalandı! Əlaqəlilik üzrə tərəfdaşlıq. Nəqliyyat sahəsindən tutmuş enerji sektoruna və rəqəmsal şəbəkələrə qədər - o, Ermənistanı qitələrin kəsişməsində strateji haba çevirməyə qadirdir. Bu, Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiyanın birliyidir", - fon der Lyayen paylaşımında qeyd edib.

Seçilən
15
far.az

1Mənbələr