Metbuat.az xəbər verir ki, 05 may 2012-ci ildən fəaliyyət göstərən portal ötən müddətdə ölkənin informasiya məkanında özünəməxsus yer tutaraq müstəqil və obyektiv media qurumu kimi tanınıb. Saytın əsas məqsədi Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında baş verən yenilikləri, eləcə də dünyada diqqət çəkən hadisələri operativ, dəqiq və etibarlı şəkildə oxuculara çatdırmaq olub.Fəaliyyəti dövründə media qurumu ölkədə həyata keçirilən dövlət siyasətinin əsas istiqamətlərinin, aparılan islahatların və qəbul olunan qərarların geniş şəkildə işıqlandırılmasına xüsusi önəm verib. Cəmiyyət üçün əhəmiyyətli məsələlərin düzgün təqdim olunması, rəsmi mövqelərlə ictimai rəylərin balanslı şəkildə çatdırılması əsas prioritetlər sırasında yer alıb.Portal yalnız xəbər yayımı ilə kifayətlənməyərək, müxtəlif sahələri əhatə edən müsahibələr, analitik yazılar, reportajlar və müəllif məqalələri ilə də seçilib. Aktual mövzuların araşdırılması və cəmiyyət üçün maraqlı sualların işıqlandırılması fəaliyyətin mühüm istiqamətlərindən birinə çevrilib.
Fəaliyyət dövründə müxtəlif qurum və təşkilatlarla əməkdaşlıqlar qurularaq informasiya mübadiləsinin genişlənməsinə və oxuculara daha keyfiyyətli məzmun təqdim olunmasına nail olunub.