AZ

Azərbaycan taekvondoçuları Gürcüstanda 4 medal qazanıblar

Bakı, 5 may, AZƏRTAC

Mayın 2-3-də Gürcüstanda taekvondo üzrə “Georgian Liga Open” turniri keçirilib.

Azərbaycan Taekvondo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, yarışda ölkəmizi təmsil edən idmançılar ümumilikdə 1 qızıl, 3 bürünc medal qazanıblar.

Ayan Əliyeva (27 kiloqram) qızıl, Yunis Həşimli (24 kiloqram), Əli Əliyev (27 kiloqram) və Zaur Rəsulzadə (45 kiloqram) bürünc medallara sahib çıxıblar.

Seçilən
22
azertag.az

1Mənbələr