AZ

Ermənistan və Aİ arasında genişmiqyaslı sazişlərimzalandı

Ermənistan və Avropa İttifaqı İrəvanda bir sıra sənədlər, o cümlədən nəqliyyat infrastrukturu üzrə tərəfdaşlıq müqaviləsi imzalayıblar.

Redaktor.az xəbər verir ki, sənədlər Ursula fon der Leyen, Antonio Kosta və Nikol Paşinyanin iştirakı ilə ilk dəfə keçirilən Ermənistan–Aİ sammiti çərçivəsində imzalanıb.

Bildirilib ki, rəqəmsal infrastruktur, yarımkeçirici texnologiyaların inkişafı, innovasiya ekosistemləri və özəl investisiyaların cəlb edilməsi sahələrində də bir sıra niyyət məktubları imzalanıb.

Qeyd olunub ki, Ermənistan tərəfinə viza liberallaşdırılması üzrə fəaliyyət planının icrasına dair ilk hesabat təqdim edilib.

Aminə ŞAHSUVARQIZI

Seçilən
3
1
redaktor.az

2Mənbələr