AZ

Azərbaycanın əsas bəlası– Yüksək Kortizolun 5 əlaməti




Kortizol stress hormonu adlanır,əgər onun səviyyəsi bədəndə yüksəkdirsə, bu, bədənin stress altında olduğunu göstərir.


Medicina.az xəbər verir ki, kortizol bədəndə bir çox funksiyanı yerinə yetirən steroid hormondur. O, zehni və ya fiziki gərginlik zamanı çox miqdarda ifraz oluna bilər və onun istehsalı insan bədəninin stresslə mübarizə aparması üçün zəruridir ki,insan o yükə dözə bilsin.

Kortizol əsasən çətin şəraitdə bədənin kifayət qədər enerjiyə malik olmasını təmin etməkdən məsuldur - həyat üçün vacib olmayan sistemlər tərəfindən enerji istehlakını "bağlayır".

Lakin, bədən bu hormonu çox istehsal edərsə, problemlər yaranır: həkimlər bunu hiperkortizolizm adlandırırlar ki, bu da özünü yalnız xoşagəlməz simptomlar kimi göstərmir, həm də rifahın uzunmüddətli pisləşməsinə səbəb olur.

Aşağıdakı simptomlar stress hormonu kortizolun həddindən artıqçox istehsal olduğunu göstərir.

Yorğunluq

Kortizol bədənin fəaliyyətini artırır və stress zamanı onu enerji ilə təmin edir. Aktiv istehsalı qısamüddətli olsa da, kömək edir, lakin uzunmüddətli perspektivdə ağır bir yükə çevrilir. Bədən daim "hərəkətdə" olmaqdan yorulur, bu da əzələ zəifliyinə və davamlı fiziki tükənmə hissinə səbəb olur.

Yüksək qan təzyiqi

Yüksək kortizol bədəni yüksək ayıq vəziyyətə gətirir və ürək döyüntüsünü artırır. Nəticədə qan təzyiqi yüksəlir.

Depressiv əhval-ruhiyyə

Stress hormonlarının bolluğu qaçılmaz olaraq emosional dünyamıza təsir göstərir. Hiperkortizolizm daxili narahatlıq, depressiv hisslər, əhval dəyişiklikləri, gərginlik və qorxu ilə nəticələnə bilər.

Çəki artımı

İnsanlar az yesələr belə, stresli dövrlərdə çəki ala bilərlər - onların stress hormonları bədənin çətin anlara hazırlaşmalı olduğuna dair siqnallar göndərir. Nəticədə maddələr mübadiləsi yavaşlayır - bədən enerjiyə qənaət etməyə çalışır.

Dəri problemləri

Bədəndə kortizol səviyyəsi yüksəldikdə, bu hormona çox həssas olan qan damarları əziyyət çəkir. Onların spazmları, həddindən artıq gərginliyi və zədələnməsi nəticəsində göyərmələr əmələ gəlir və yaraların sağalması pozulur.

Aygün Musayeva


Seçilən
17
1
medicina.az

2Mənbələr