AZ

Paşinyan AB-yə qoşulmaq istəyir

Ermənistan-AB-nin ilk sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanın Avropa İttifaqına qəbul olunarsa, məmnun olacağını bildirib.

Ucnoqta.az xəbər verir ki, Ermənistan-AB sammitindən sonra keçirilən mətbuat konfransında Ermənistanın Baş naziri bunu tarixi hadisə adlandırıb. Paşinyan həmçinin xatırladıb ki, 2025-ci ildə Ermənistan vətəndaş cəmiyyəti tərəfindən təşəbbüskarlıq edilən Aİ-yə qoşulma haqqında qanun qəbul edib.

"Hesab edirəm ki, bu, ümumilikdə demokratik və institusional islahatlara yeni təkan vermək üçün yaxşı və əlavə bir stimuldur ki, Ermənistan mümkün qədər tez Avropa standartlarına cavab verən ölkə statusuna nail ola bilsin. Bu, bizim əsas müvəqqəti məqsədimizdir, çünki başa düşürük ki, heç bir ölkə bu standartlara cavab vermədən Aİ-nin tamhüquqlu üzvü ola bilməz. Əgər biz Aİ-nin tamhüquqlu üzvü kimi qəbul olunarıqsa, çox sevinəcəyik və xoşbəxt olacağıq. Əks halda, hər halda qalib mövqedə olacağıq, çünki Ermənistan Respublikası Avropa standartlarına cavab verən ölkə olacaq", - deyə Ermənistan hökumətinin rəhbəri bildirib.

Seçilən
21
50
ucnoqta.az

10Mənbələr