Azpolitika.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Xəbər verildiyi kimi, ötən gecə Ukrayna Rusiyanın Çuvaşiya bölgəsinin Çeboksarı şəhərindəki VNIIR-Progress zavoduna raketlərlə zərbə endirib.
“AzPolitika” xəbər verir ki, mediada və sosial şəbəkələrdə həmin zərbə anına aid görüntülər yayımlanıb.
Qeyd edək ki, sözügedən müəssisə dronlar üçün naviqasiya avadanlığı və komponentlər, qanadlı və ballistik raketlər üçün hissələr istehsal edir. Hücumun Ukraynanın “Flamingo” raketi ilə həyata keçirildiyi güman edilir. Hücum nəticəsində VNIIR-Progress mərkəzinin yaxınlığındakı MTV Center ticarət və əyləncə mərkəzi də alovlanıb. 3 nəfər yaralanıb. Rosaviasiyanın məlumatına görə, Çeboksarı aeroportunda məhdudiyyətlər tətbiq edilib.
Qeyd edək ki, vurulan zavod Ukrayna sərhədindən təxminən 1000 kilometr məsafədə yerləşir.
“AzPolitika.info”
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.