AZ

Kobaxidze Gürcüstan Ukrayna münasibətlərindən DANIŞDI

Redaktor.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze bildirib ki, Tbilisi ilə Kiyev arasında mövcud olan fikir ayrılıqları hələ də aradan qalxmayıb.

Redaktor.az xəbər verir ki, onun sözlərini RIA Novosti yayıb.

Kobaxidze bu açıqlamanı Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra verib. Görüş Avropa Siyasi Birliyi sammiti çərçivəsində İrəvanda baş tutub.

Baş nazir qeyd edib ki, tərəflər görüş zamanı mövcud problemləri dərindən müzakirə etməyiblər, lakin bu problemlər hələ də qalmaqdadır. Onun sözlərinə görə, əvvəlki illərdə yaranmış fikir ayrılıqları, o cümlədən bəzi bəyanatlar və qərarlarla bağlı narazılıqlar davam edir.

Öz növbəsində, Zelenski də bildirib ki, iki ölkə arasında həll olunmamış məsələlər mövcuddur. Buna baxmayaraq, Ukrayna Gürcüstanın suverenliyinə hörmət etdiyini və əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu vurğulayıb.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
50
redaktor.az

10Mənbələr