AZ

“Şəhid qardaşlar” muzeyində iməcilik təşkil olunub FOTOLAR

ain.az, Ses qazeti portalına istinadən məlumatı açıqlayır.

05 may 2026-cı il tarixdə YAP Masallı rayon təşkilatının Tədbirlər Planına uyğun olaraq "Şəhid ailələrinə və Vətən müharibəsi qazilərinə dəstək" layihəsi çərçivəsində Masallı rayon Viləş kəndində Vətən Müharibəsi Qəhrəmanı İntiqam Əsgərli və Aprel şəhidi Nurlan Əsgərlinin xatirəsinə yaradılmış “Şəhid qardaşlar” muzeyində iməcilik təşkil olunmuşdur. İməcilikdə muzeyin ərazisində təmizlik-abadlıq işləri həyata keçirilmiş, ağaclar budanmış, bina ətrafı quru otlardan təmizlənmiş, muzey binasında səliqə və təmizlik işləri görülmüşdür.

Şəhidin ailəsi onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya, Yeni Azərbaycan Partiyasının rəhbərliyinə və rayon təşkilatının partiya fəallarına dərin minnətdarlıqlarını ifadə etmişlər.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
1
sesqazeti.az

2Mənbələr