AZ

MRT xərçəngi daha tez tapır


Bədənin MRT-si (maqnit rezonans görüntüləməsi) xərçəngi erkən mərhələdə aşkar etməyə kömək edir.

Medicina.az xəbər verir ki, rentgenoloq Natalya Brel
sözlərinə görə, 60 yaşdan yuxarı insanlar, eləcə də xərçəng xəstəsi qohumları olanlar mütəmadi olaraq MRT müayinələrindən keçməlidir.


Mütəxəssis qeyd edib ki, MRT müayinələri adi tibbi müayinənin bir hissəsi kimi aparıla bilər. Brelin sözlərinə görə, bu profilaktik müayinələr xərçəngi erkən mərhələdə aşkar etməyə kömək edir:

"Bəzən xəstədə heç bir simptom olmur, lakin onlar adi müayinə üçün gəlirlər. Və məhz belə hallarda şişlər tez-tez erkən mərhələlərdə aşkar edilir".

Natalya Brel MRT müayinələrinin dəqiqlik nisbətinin 95 faiz olduğunu aydınlaşdırıb.

Bu bədən skanlama üsulu ağrı, uzun müddət davam edən mədə-bağırsaq pozğunluqları və çanaq orqanları ilə bağlı problemlər üçün də istifadə olunur.
Lakin pasiyentin özbaşına bütün bədəni MRT etdirməsi tövsiyə olunmur.

Aygün M


Seçilən
2
1
medicina.az

2Mənbələr