AZ

İnflyasiya səviyyəsinə görə aylıq olaraq depozit faizləri dəyişir Rəy

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Bu gün insanların çoxu  ev üçün pul yığır. Həmin şəxslərə pulu dəyərləndirərək yığım etmələri tövsiyə olunur. Əks təqdirdə, onlar sadəcə pulun dəyərinin azalması ilə üzləşəcəklər. Yəni kimsə düşünməsin ki, yığım edəcəyəm və daşınmaz əmlak alacağam. Pulun dəyərinin neçə faiz azalması və eyni zamanda mənzil bazarında ildə neçə faiz artım olduğunu müqayisə etmək kifayətdir”.

Bunu 525.az-a iqtisadçı ekspert Günay Hüseynova deyib. Ekspertin sözlərinə əsasən, bu gün hər kəsin maliyyə savadının olmaması başadüşüləndir. Bu barədə sıfır biliyi olan biri ən azından pulu banka depozit kimi yerləşdirə bilər: 

“Depozit gəliri ilə kirayə xərcini, kommunal xərcləri və qidalanmanı qarşılayır. Ailə üzvlərinin əməkhaqqı və şəxsin əlavə gəliri isə əksərən qızıla və xarici valyutaya çevrilərək yığım edilir. Təbii ki, orada sabit deyil, dəyişən valyuta sistemi mövcuddur. Bundan əlavə, inflyasiya səviyyəsinə görə aylıq olaraq depozit faizləri dəyişir. Amma ən azından vətəndaş milli valyutanı dəyərləndirə bilir, yığım edib dəyərini itirməsinin qarşısını alır".

Sevinc Qarayeva 

 

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
16
525.az

1Mənbələr