AZ

Dünya bazarına sabitlik qayıdır Qızılın qiyməti ilə bağlı mühüm xəbərdarlıq

ain.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qlobal iqtisadi bazarlarda qızılın qiymətində son illərdə müşahidə olunan dəyişkənlik ölkələrin valyuta ehtiyatlarının idarə olunmasına birbaşa təsir göstərir. Strateji investisiya aləti kimi qızılın həm qoruyucu, həm də gəlir gətirən funksiyası dövlətlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Neft Fondunun qızıl ehtiyatları ilə bağlı atdığı addımlar da bu qlobal tendensiyalar fonunda dəyərləndirilir. Son dövrlərdə qiymətlərin yüksək səviyyədə qalması satış və ehtiyatların optimallaşdırılması məsələsini gündəmə gətirib. Məsələ ilə bağlı iqtisadçı Razi Abbasbəyli Demokrat.az-a bildirib ki, Azərbaycan Neft Fondunun qızıl ehtiyatlarının satılması indiki şəraitdə kifayət qədər böyük gəlirlərin əldə edilməsi deməkdir:"Söhbət təxminən 24 min ton qızıldan gedir. Nəzərə almaq lazımdır ki, Azərbaycan qızıl idxalını Avstriyadan təxminən 2022-2023-cü illərdə icra etməyə başlamışdı. Həmin dövrdə qızılın bir unsuyasının qiyməti indiki qiymətlərlə müqayisədə 2.5 dəfədən ucuz idi və Azərbaycan Neft Fondunun strateji valyuta ehtiyatlarının saxlanılması və idarə edilməsi prinsipləri baxımından bu addım doğru addımdır. Çünki mövcud şəraitdə qızılın bahalaşması tendensiyası gözlənilmir. Böyük ehtimalla qısamüddətli də olsa ABŞ-İran arasındakı gərginlik yavaş-yavaş arxada qalmaqdadır və dünya bazarlarındakı sabitlik əvvəlki şəraitə geri dönüş prosesi başlayır".Ekspert deyib ki, neft və qaz təchizatı üzrə logistik problemlərin həllindən sonra isə qızılın qiymətinin ucuzlaşması gözlənilir:"Bu baxımdan da indiki qızılın qiymətinin yüksək olması şəraitində vəziyyətin düzgün qiymətləndirilməsi və qızıl ehtiyatlarının ixrac edilməsi doğru addım kimi qiymətləndirilə bilər. Lakin, bu uzunmüddətli strateji hədəflərdə heç də uğurlu olmaya bilər. Çünki əsasən qızıl ehtiyatlarını artırılması son illərdə bir sıra ölkələrin əsas prioritetinə çevrilir. Qızıl ehtiyatlarının bir hissəsinin satılması və növbəti mərhələdə həm daxili hasilat mədən sənayesi üzrə hasilat göstəricilərinin artması Azərbaycanın qızıl ehtiyatlarının azalmayacağını deməyə əsas verir. Çünki həm Şərqi Zəngəzurda, həm Daşkəsən iqtisadi rayonunda Azərbaycan mədən sənayesində qızıl hasilatını artırıb.Təxminən 2023-cü illə müqayisədə 2025-ci ildə bu artım 17 faizdən çox olub. Daxili hasilatın artması həm qızıl ehtiyatlarını daxili imkanlar hesabına qorunub saxlanılmasına, həm də ixrac potensialının formalaşmasına səbəb olur. Ona görə də indiki şəraitdə Neft Fondunun qızıl ehtiyatlarının bir hissəsini satışa çıxarması hər hansı bir iqtisadi geriləmə kimi yox, sadəcə olaraq mövcud vəziyyətin düzgün qiymətləndirilməsi və səmərəli istifadəsi kimi qeyd edilə bilər. Yəni bu vacib bir məqamdır, çünki bir daha qeyd edirəm, zamanında indiki qiymətlərlə müqayisədə iki dəfədən çox ucuz idxal edilmiş qızılın hazırda dünya bazarlarına çıxarılması və satışının həyata keçirilməsi doğru addımdır", - deyə o qeyd edib.Yəni, dövlət vaxtilə ucuz qiymətə aldığı qızılı indi dünya bazarında bahalaşdığı bir vaxtda sataraq böyük xeyir əldə etmək istəyir, azalan ehtiyatlar isə ölkə daxilindəki mədənlərdən çıxarılan yeni qızıllarla bərpa olunacaq.Əfsanə Kamal

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
demokrat.az

1Mənbələr