Qələbə Gününə hazırlıq məqsədilə hakimiyyət orqanları Moskva və Sankt-Peterburqda mobil interneti bloklamağa başlayıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Downdetector" məlumat yayıb.
Qeyd olunur ki, bu şəhərlərdə internetə çıxışla bağlı şikayətlərin sayı səhər saat 7:00-dan sonra artmağa başlayıb. İstifadəçilər tətbiq və veb saytların açılmadığını və xidmətlərə görə ödənişdə problemlər yaşadıqlarını bildirirlər.
Moskvalıların şikayətlərinə cavab olaraq, MTS bağlantının "xarici radiotezlik müdaxiləsi" səbəbindən kəsildiyini iddia edərək, bunu operatorun günahı olmayan "fors-major" hal adlandırıb.