AZ

“Meloninin Azərbaycana səfəri münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyən etməyə xidmət göstərəcək” - RƏY

“İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.  2026-cı ilin may ayına olan məlumatlara görə, Azərbaycan İtaliyanın enerji təhlükəsizliyində həlledici və strateji tərəfdaş rolunu oynayır, həm qaz, həm də neft təchizatında ikinci ən böyük tərəfdaş statusunu qoruyur və iki ölkə arasında ticarət dövriyyəsi son illərdə rekord həddə çatıb. Əməkdaşlıq yalnız enerji sektoru ilə məhdudlaşmır, sənaye, tikinti, infrastruktur və digər sahələri də əhatə edir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Müşfiq Cəfərov deyib.

Müşfiq

Deputat bildirib ki, hazırda Azərbaycanda 100-dən çox İtaliya şirkəti fəaliyyət göstərir və onların fəaliyyəti xüsusilə strateji layihələrdə seçilir: “İtaliya Azərbaycanın Avropa İttifaqı  ilə münasibətlərinin inkişafında xüsusi rol oynayır. Hətta deyə bilərik ki, İtaliya Aİ daxilində Azərbaycanın ən yaxın tərəfdaşlarından biri kimi çıxış edir və bu ölkənin dəstəyi Azərbaycan–Aİ əməkdaşlığının genişlənməsinə öz töhfəsini verir. Enerji, nəqliyyat və logistika sahələri ölkələr arasındakı əməkdaşlıqda prioritet istiqamətlərdir. Azərbaycan Avropa ilə Asiya arasında strateji tranzit mərkəzi kimi çıxış edərək regionda mühüm nəqliyyat və enerji qovşağı rolunu gücləndirir. Bu isə həm iqtisadi, həm də geosiyasi baxımdan ölkəmizin əhəmiyyətini artırır. Azərbaycan və İtaliya arasında formalaşmış yüksək səviyyəli dialoq və qarşılıqlı etimad bütün sahələrdə əməkdaşlığın inkişafına güclü təkan verir. Ciorcia Meloninin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin gələcək inkişaf istiqamətlərini də müəyyən etməyə xidmət göstərəcək”.

 

Aytəkin Qardaşova

Tarix: 5 May 2026, 14:30   
Seçilən
2
pravda.az

1Mənbələr