AZ

Enerji, siyasət və hərbi sahədə Bakı Roma yaxınlaşması

Bakivaxti portalından verilən məlumata əsasən, ain.az bildirir.

Azərbaycan və İtaliya arasında münasibətlər bütün istiqamətlər üzrə dinamik şəkildə inkişaf edir. İstər iqtisadi, istər siyasi, istər hərbi, istərsə də mədəni sahələrdə əməkdaşlıq günbəgün genişlənir. İtaliyanın Baş nazirinin Azərbaycana səfəri və səfər çərçivəsində aparılan müzakirələr bir daha təsdiqlədi ki, tərəflər arasında strateji tərəfdaşlıq mövcuddur.

Bu sözləri Bakıvaxtı.az-a açıqlamasında deputat Arzu Nağıyev deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan qazı Trans-Adriatik boru kəməri vasitəsilə İtaliyaya nəql olunur:

"Eyni zamanda, İtaliya Azərbaycanın neftini ən çox idxal edən ölkələrdən biridir. Siyasi baxımdan isə Baş nazirin səfəri NATO və Avropa İttifaqının üzvü olan bir dövlətin Azərbaycana yüksək səviyyəli dəstəyini nümayiş etdirir. Qarşılıqlı olaraq, Azərbaycan da beynəlxalq təşkilatlarda İtaliyaya dəstək verir ki, bu da tərəfdaşlığın möhkəm əsaslara söykəndiyini göstərir".

Arzu Nağıyev, deputat

Həmsöhbətimizin qeyd etdiyinə görə, hərbi sahədə əməkdaşlıq da diqqətəlayiqdir:

"Silah-sursat və döyüş texnikası, eləcə də hərbi sənaye kompleksinin inkişafı istiqamətində əlaqələr mövcuddur və genişlənməkdədir. Xüsusilə aviasiya sahəsində əməkdaşlıq artıq formalaşıb. Bununla yanaşı, birgə müəssisələrin yaradılması, yeni silahların istehsalı, ixrac və idxal məsələləri də gündəmdədir. Azərbaycanın NATO standartlarına uyğun hərbi qüvvələrini inkişaf etdirməsi və bu prosesdə İtaliya ilə əməkdaşlıq etməsi xüsusi əhəmiyyət daşıyır".

Parlament üzvü xatırladıb ki, təhsil sahəsində də əməkdaşlıq genişlənir: 

"Birgə universitetlərin yaradılması və tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi nəzərdə tutulur. Bu məsələlər İtaliya Baş nazirinin səfəri zamanı da xüsusi vurğulanıb və birgə mətbuat açıqlamalarında öz əksini tapıb. NATO və Avropa İttifaqının üzvü olan İtaliya kimi mühüm tərəfdaşla əlaqələrin genişlənməsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və xalqın rifahı baxımından mühüm əhəmiyyət kəsb edir".

Murad İsmayıl

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
49
50
bakivaxti.az

10Mənbələr