AZ

İrandan Trampı qəzəbləndirəcək Çin həmləsi

ABŞ-İran danışıqları bitməyən bir dastan kimi uzandıqca, İrandan diqqətəlayiq bir səfər xəbəri yayılıb.

Turkustan.az xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu gün vacib danışıqlar aparmaq üçün Çinə yola düşəcək. Əraqçi ötən həftə Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinlə görüşmüşdü. Həmin görüşdən sonra Putin bildirib ki, "Rusiya İranın və regiondakı digər ölkələrin maraqları naminə Yaxın Şərqdə sülhün mümkün qədər tez bərqərar olması üçün əlindən gələni edəcək".

Digər tərəfdən, "The New York Times" qəzetində dərc olunan bir təhlildə Çinin müharibə davam edərkən həm Vaşinqton, həm də Tehran vasitəsilə strateji üstünlük qazanmağa çalışdığı irəli sürülüb. Məqalədə deyilirdi ki, "Pekin ikili oyun yürüdür, eyni zamanda ticarət və dolayı dəstək kanallarını açıq saxlayaraq İranı danışıqlara məcbur edir". Qəzet həmçinin qeyd edib ki, "Prezident Trampın Pekinə səfəri yaxınlaşdıqca, Çin şirkətləri İran ordusu tərəfindən istifadə edilə biləcək materialları ixrac etməyə davam edərkən İranı danışıqlara məcbur edir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
23
1
turkustan.az

2Mənbələr