AZ

TƏCİLİ: Tehran hərəkətə keçdi, Əraqçi Çinə gedir - SƏBƏB

İranın xarici işlər naziri Abbas Əraqçi mühüm danışıqlar üçün Çinə səfər edir. 

Musavat.com xəbər verir ki, bu səfər Tehranın regiondakı gərginlik fonunda diplomatik fəallığını artırdığı bir vaxta təsadüf edir.

Əraqçi bundan əvvəl Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşüb. Görüşdən sonra Putin Yaxın Şərqdə sülhün təmin olunması üçün səylərin davam etdiriləcəyini bildirib.

Beynəlxalq mediada yayılan təhlillərə görə, Çin hazırkı vəziyyətdə həm Vaşinqton, həm də Tehran üzərindən strateji üstünlük qazanmağa çalışır. İddialara əsasən, Pekin bir tərəfdən iqtisadi əlaqələri qoruyur, digər tərəfdən isə İranı danışıqlara sövq edir.

Regionda gərginlik ABŞ və İsrailin birgə hücumlarından sonra daha da artıb. Bu proses fonunda İran strateji əhəmiyyətə malik Hörmüz boğazını gəmiçilik üçün bağlayıb ki, bu da qlobal enerji bazarında ciddi təsir yaradaraq neft qiymətlərinin kəskin artmasına səbəb olub.

Sonrakı mərhələdə ABŞ-ın dəniz blokadası tətbiq etməsi və bölgədə qarşılıqlı müdaxilələrin artması vəziyyəti daha da mürəkkəbləşdirib. İran isə müəyyən dövrlərdə boğazı açsa da, sonradan məhdudiyyətləri yenidən tətbiq edib.

Diplomatik səylər çərçivəsində İran Pakistan vasitəsilə ABŞ-a 14 maddəlik danışıqlar təklifi təqdim edib. Lakin ABŞ prezidenti Donald Tramp bu təklifi qəbuledilməz hesab etdiyini açıqlayıb.

Beləliklə, Əraqçinin Çinə səfəri fonunda regionda həm diplomatik, həm də hərbi gərginliyin paralel şəkildə davam etdiyi müşahidə olunur.

Musavat.com

Seçilən
14
36
musavat.com

10Mənbələr