Müqavilə ilə "Real Madrid"ə məxsus olan, bu ilin yanvarından icarə əsasında "Olimpik Lion"un formasının geyinən gənc hücumçu Endrik karyerasını İngiltərə nəhəngində davam etdirə bilər.
Fanat.Az "Fichajes"ə istinadən xəbər verir ki, onun xidmətində "Arsenal" maraqlıdır.
Məlumata görə, London təmsilçisinin baş məşqçisi Mikel Arteta 19 yaşlı forvardın komandanın hücum xəttində rəqabəti artıracağına əmindir. Mənbə "topçular"ın bu keçidi üçün "Real"a 100 milyon avro ödəməyə hazır olduğunu vurğulayıb.
Endrik Madrid klubuna 2024-cü ilin yayında, 47,5 milyon avro qarşılığında "Palmeyras"dan transfer olunub.
Xatırladaq ki, Endrik "Olimpik Lion"un heyətində bütün turnirlərdə 19 matça çıxaraq 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Toğrul