AZ

Sabiq deputat Qarabağa köçüb: Cənnətdəyəm, səhərlər azan səsinə oyanıram

Sabiq deputat, Əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva Ağdama köçüb. 30 illik vətən həsrətinə son qoyan sabiq deputat artıq iki aydan çoxdur ki, doğma yurdunda məskunlaşıb.

Hakimiyyet.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edərək sevincini izləyiciləri ilə bölüşüb. Ç.Əliyeva həyatının ən böyük arzusuna çatdığını bildirərək, Ağdamdakı gündəlik həyatından bəhs edib:

"Həyatımın ən önəmli arzusuna qovuşma sevincimi sizinlə bölüşmək istərdim. Artıq iki aydan çoxdur ki, həsrətində olduğum cənnətim – Vətənim Ağdamımda yaşayıram. Səhərlər müqəddəs məscidimizdən ucalan azan səsi ilə oyanıb, Ağdamın özünəməxsus rayihəli havasını udmaq həqiqətən böyük səadətdir".

Sabiq deputat paylaşımında bu günləri xalqımıza bəxş edən şəhidlərimizə rəhmət diləyib, qazilərə şəfa diləyərək Ali Baş Komandana minnətdarlığını ifadə edib.

Seçilən
5
2
hakimiyyet.az

3Mənbələr