AZ

AccessBank müxtəlif peşə sahibləri üçün Nağd Kredit üzrə 7% dək endirim kampaniyasının müddətini uzatdı

Qaynarinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

AccessBank müxtəlif peşə

sahibləri üçün sərfəli şərtlərlə 50 000 AZN-dək nağd kredit məhsulu təqdim

edir.

Kampaniya çərçivəsində vergi, gömrük,

tibb və təhsil sahələrində çalışan şəxslər üçün nəzərdə tutulmuş xüsusi şərtlər

daha da əlçatan edilib və kampaniyanın müddəti uzadılıb. Təklifə əsasən, müştərilərə

mövcud tariflərlə müqayisədə illik faiz dərəcəsinə 7%- dək endirim tətbiq olunur və nəticədə maksimum illik faiz dərəcəsi24%-dən 17%-ə endirilir.

Nağd kredit üzrə illik faiz dərəcəsiminimum 10% təşkil edir. Kreditin

faktiki illik faiz dərəcəsi (FİFD) 14,46%-dənbaşlayır və kreditin müddəti, məbləği və tətbiq olunan komissiyadan asılı olaraq

dəyişə bilər. Komissiya 1–4% aralığında, kredit müddəti isə 6 aydan 48 ayadək müəyyən olunub.

Kampaniya 1 aprel 2026-cı il tarixində başlayıb və 30 iyun 2026-cı il tarixinədək davam edəcək.

Nağd kredit məhsulları və təklif edilən güzəştlər barədə daha ətraflı: https://www.accessbank.az/az/private/kredit/

Bununla yanaşı, ilk dəfə olaraq neft-qaz sektoru və prokurorluq orqanlarında çalışan şəxslər üçün Nağd Kredit məhsulu üzrə mövcud maksimum 24% illik faiz dərəcəsindən 6,5 %- dək endirim tətbiq edilməklə daha sərfəli şərtlər təqdim edilir.

Nağd Kredit üzrə

illik faiz dərəcəsi minimum 10,5%, maksimum 17,5% təşkil edir. Kreditin faktiki

illik faiz dərəcəsi (FİFD) 14,46%-dən başlayır və kreditin müddəti, məbləği və

tətbiq olunan komissiyadan asılı olaraq dəyişə bilər. Komissiya 1–4%

aralığında, kredit müddəti isə 6 aydan 48 ayadək müəyyən olunub.

Kampaniya 13 aprel 2026-cı il tarixində başlayıb və 31 may

2026-cı il tarixinədək davam edəcək.

Eyni zamanda,

müştərilərə seçim əsasında faizsiz kredit kartı da təklif edilir ki, bu da

gündəlik maliyyə əməliyyatlarının daha rahat idarə olunmasına imkan yaradır.

Müştərilərinin

maliyyə ehtiyaclarına çevik və əlçatan həllər təqdim etməyi prioritet hesab

edən AccessBank, müxtəlif peşə sahibləri üçün uyğunlaşdırılmış məhsullarla

onların gündəlik planlarını daha rahat həyata keçirməsinə dəstək olmağa davam

edir.

AccessBank

Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları

sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə

Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü

Bakıda, 25-ü bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və müştərilər

üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar

haqqında əlavə məlumat üçün bura daxil ola bilərsiniz.

Bankın

xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng

etmək, həmçininwww.accessbank.azsaytına

və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn)müraciət edə bilərsiniz.

*AccessBank QSC Azərbaycan

Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı

lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal

rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
4
5
qaynarinfo.az

10Mənbələr