AZ

26 nəfər dar ağacından asılıb

Cebheinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İranda edamların və kütləvi həbslərin sayı artıb. 

“Cebheinfo.az” xəbər verir ki, aprel ayında İranın müxtəlif zindanlarında ümumilikdə 26 məhbus dar ağacından asılıb.

 İran İnsan Haqları Təşkilatının (HENGAW) hesabatında qeyd olunur ki, edam edilən 26 məhbusdan yalnız 15-i rəsmi İran mənbələrində və məhkəmə sistemi ilə əlaqəli saytlarda açıqlanıb. Digər hallarda edamların ictimaiyyətə elan edilmədiyi bildirilir.

Belə ki, 14 məhbusun edamı ailələrinə xəbər verilmədən və son görüş hüququ təmin olunmadan həyata keçirilib. Edam edilənlər arasında bir qadının da olduğu qeyd olunub.

Eyni dövr ərzində ümumilikdə 1595 nəfərin həbs edildiyi bildirilir. Onlardan 1587 nəfərin siyasi fəaliyyət və etiraz aksiyalarında iştirak səbəbilə saxlanıldığı açıqlanıb.

Yunis Abdullayev

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
1
cebheinfo.az

2Mənbələr