Bakı, 5 may, AZƏRTAC
Avropa Liqasında çıxış edəcək qadın voleybolçulardan ibarət Azərbaycan millisi Macarıstan və Sloveniyada hazırlıq keçəcək.
Bu barədə Azərbaycan Voleybol Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib.
Qeyd edilib ki, yığma toplanışa Bakıda start verəcək və daha sonra Macarıstan ilə Sloveniya toplanışı olacaq.
Hər iki ölkədə yoxlama oyunlarının keçirilməsi nəzərdə tutulub.
Müxbir – Cavid Əliyev