AZ

Bu gün “Cahandar ağa”nın doğum günüdür

Bu
Bu gün Xalq artisti Ələddin Abbasovun doğum günüdür. 1news.az Oxu.Az-a istinadən xatırladır ki, Ələddin Aslan oğlu Abbasov 1922-ci il mayın 5-də Gəncə şəhərində doğulub.
On beş yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına qəbul olunub. İki il təhsil müddətində teatrın yardım heyətində çalışıb, repertuardakı tamaşalarda kütləvi səhnələrdə çıxış edib. 1939-cu ildən aktyor truppasının üzvü olan Ə.Abbasovun yaradıcılığı yalnız bu kollektivlə bağlı olub. Gəncə Dövlət Dram Teatrının səhnəsində 200-dən artıq müxtəlif obrazlar yaradan Ələddin Abbasov "Səyavuş", "Fərhad və Şirin", "Aydın", "Otello" və s. tamaşalarda baş rollarda çıxış edib. Xarakterik səs tembri, ifadəli sifət cizgiləri, cazibəli səhnə görkəmi olan Ə.Abbasovun aktyorluq təhsili olmasa da, yaradıcılığı yüksək peşəkarlıq zəminində formalaşıb. Səhnə uğurlarını Azərbaycan kinosunda da davam etdirən Ələddin Abbasov "Koroğlu", "Torpaq. Dəniz. Od. Səma", "Mən ki gözəl deyildim", "Dəli Kür", "Xatirələr sahili", "Səmt küləyi", "Qatır Məmməd", "Dörd bazar günü", "Gözlə məni", "Nizami", "Qocalar, qocalar...", "İşarəni dənizdən gözləyin", "Köhnə bərə", "Qətl günü", "Özgə vaxt", "Məkanın melodiyası" filmlərində, "Bizi dağlarda axtarın", "Qisas" qısametrajlı filmlərdə yaratdığı obrazlarla yaddaşlarda iz qoyub.

Ə.Abbasovun ən məşhur ekran rolu "Dəli Kür" filmində "Cahandar ağa" obrazıdır.

Seçilən
15
1news.az

1Mənbələr