AZ

Bəqayi: “İran xalqı heç vaxt təslim olmayacaq”

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

“Hazırda qərarımız müharibəni sona çatdırmağa yönəlib”.

"Cebheinfo.az" xəbər verir ki, bunu İran xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi bir televiziya kanalına verdiyi müsahibədə belə deyib. 

Əvvəlki təcrübələrə əsaslanaraq, üzərində razılıq əldə olunmayan mürəkkəb məsələlərlə vaxt itirmək istəmədiklərini vurğulayan Bəqayi bunları deyib:

“Hazırda qərarımız müharibəni sona çatdırmağa yönəlib. Çünki bu vəziyyət həm İran xalqı, həm də region və beynəlxalq ictimaiyyət üçün narahatlıq mənbəyidir”.

ABŞ-nin bölgədəki hərbi mövcudluğunun güvənsizlik yaratdığını və bu vəziyyətin ABŞ bazalarına ev sahibliyi edən ölkələri də təhlükə altına saldığını qeyd edən Bəqayi əlavə edib:

“İranın Fars (Basra) körfəzinin cənubundakı ölkələrə qarşı heç bir düşmənçiliyi yoxdur”.

İranlı sözçü, Basra körfəzinə qonşu dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və maraqlar əsasında qurulduğunu bildirib.

Bəqayi həmçinin İran xalqının heç vaxt təzyiqlərə boyun əyməyəcəyini və təslim olmayacağını vurğulayıb.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
cebheinfo.az

2Mənbələr