AZ

“Münasibətlərdə tələskən qərarlar sonradan çətinlik yarada bilər” PSİXOLOQ

ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

“Psixoloji yanaşma ilə baxdıqda münasibətlərdə tələskən qərarlar çox vaxt sonradan çətinlik yaradır”.

Bu fikri Gununsesi.info -ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib:

“Yaxşı olar ki, ilkin mərhələdə insanlar bir-birini daha yaxşı tanımalı, münasibətin davamlı olub-olmadığını dəyərləndirməlidirlər. Evlilik qərarı bu baxımdan daha ciddi və düşünülmüş addım olmalıdır”.

O qeyd edib ki, ailə qurduqdan sonra da dərhal uşaq planlaşdırmamaq bəzi hallarda cütlüklərə bir-birinə uyğunlaşmaq, ortaq həyat ritmini qurmaq və məsuliyyətləri bölüşməyi öyrənmək üçün vaxt qazandırır.

“Bu dövr gələcək ailə sabitliyi üçün mühüm ola bilər.

Eyni zamanda nəzərə almaq lazımdır ki, hər ailənin sosial və mədəni şəraiti fərqlidir. Uşaq planlaması şəxsi hazır olma, maddi və emosional sabitlik kimi amillərlə birgə dəyərləndirilməlidir.

Ümumilikdə əsas məqsəd tələsik qərarlardan uzaq durmaq və həm evlilik, həm də valideynlik məsuliyyətinə hazırlıqlı şəkildə yanaşmaqdır”,-deyə o əlavə edib.

Firuzə

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
icma.az

1Mənbələr