Millimiz mayın 28-dən 30-dək Bakıda, iyunun 1-dən 10-dək isə Avstriyanın Bad-Valtersdorf şəhərində təlim-məşq toplanışında olacaq.
"Football-plus.az" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçilik etdiyi komanda Avstriya toplanışı zamanı iki yoldaşlıq oyunu keçirəcək. Komandamız iyunun 5-də Malta, 9-da isə San Marino yığması ilə qarşılaşacaq.
Oyunlar Macarıstanın Sombatxey şəhərində yerləşən Haladaş İdman Kompleksinin stadionunda keçiriləcək. Hər iki qarşılaşmanın Bakı vaxtı ilə saat 22.00-da başlanması nəzərdə tutulur.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta