"Ölkə Az"-ın oxu.az-a istinadən məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat xidməti rəsmi açıqlama yayıb.
Qeyd olunur ki, SAXAL bazar ertəsi Qəzza zolağının mərkəzi hissəsinə zərbə endirərək, 7 oktyabr hadisələri zamanı İsrail ərazisinə və "Nova" festivalına hücum edən HƏMAS-ın "Nuhba" dəstəsinin komandiri Ənəs Məhəmməd İbrahim Həmədi zərərsizləşdirib.
Qəzza zolağında əməliyyat aparan İsrail hərbçiləri üçün birbaşa təhlükə mənbəyi olan terrorçu dəqiq hava zərbəsi nəticəsində məhv olunub.
Hərbi idarənin bəyanatında bildirilir ki, İsrail Müdafiə Qüvvələri yarana biləcək hər hansı təhlükənin qarşısını almaq məqsədilə fəaliyyətlərini davam etdirəcək.
צה"ל חיסל מפקד נוח'בה שפשט למסיבת הנובה ב-7 באוקטובר והיווה איום מיידי על כוחותינו
— צבא ההגנה לישראל (@idfonline) May 5, 2026
צה"ל תקף אתמול במרכז רצועת עזה וחיסל את אנס מוחמד אבראהים חמד, מפקד נוח'בה בארגון הטרור חמאס, שפשט לשטח מדינת ישראל ולמסיבת הנובה במהלך הטבח הרצחני ב-7 באוקטובר.
המחבל היווה איום מיידי לכוחות… pic.twitter.com/73MIhlpcX8