AZ

Qafar Dəmirçi onu ağac kəsdiyinə görə qınayan şəxsi məhkəməyə verdi

Qafqazinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi onu mütəmadi olaraq ekoloji cinayət törətməkdə ittiham edən ictimai fəal Cavid Qaranı məhkəməyə verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Cavid Qara özü məlumat yayıb.

Məsələ ondan ibarətdir ki, Qafar Dəmirçinin rəhbərlik etdiyi “Monte Ferro” şirkəti 2024-cü ildə Şəkinin iki kəndini əhatə edən meşəlik ərazilərdə müxtəlif növ ağacları qanunsuz kəsib. Bu əmələ görə “plazalar kralı” kimi də tanınan Qafar Dəmirçi sonradan meşəlik ərazinin məhv edilməsi ilə bağlı həbs edilib.

İstintaqla ekocinayət nəticəsində təbiətə 8 milyon manat ziyan dəydiyi müəyyən edilib. Lakin Dəmirçi cəmi 10 gün həbsdə qaldıqdan sonra 8 milyon manatı ödəyərək azadlığa çıxıb. Bundan sonra onun atası, “AQA Şirkətlər Qrupu”nun təsisçisi Aydın Dəmirçi ağacların kəsilməsini işçilərinin diqqətsizliyi və kobud səhvi kimi qiymətləndirərək ölkə ictimaiyyətindən üzr istəyib. Hazırkı məsələ də məhz bununla bağlıdır.

Belə ki, Cavid Qara sosial şəbəkədə etdiyi paylaşımlarda Qafar Dəmirçini qınayıb və onu təbiəti məhv edən cinayətkar adlandırıb. Bu səbəbdən Dəmirçi ictimai fəalı məhkəməyə verərək paylaşdığı məlumatları təkzib etməsini və üzr istəməsini, şərəf, ləyaqət və işgüzar nüfuza xələl gətirən hərəkətlərə görə mənəvi ziyanın qarşılanması tələb edib.

Cavabdeh isə iddianı qəbul etmir, bunu Dəmirçinin təqsirinin sübuta yetirilməsi, həmçinin üzr istəyərək 8 milyon manatlıq ziyanın ödənilməsi ilə bağlı məhkəmə qərarı olması ilə əsaslandırır. Binəqədi Rayon Məhkəməsi şikayət edilənin xeyrinə qərar çıxarıb. Hakim əsas olmadığı üçün Qafar Dəmirçinin şikayətini qəbul etməyib. Lakin Dəmirçi bununla razılaşmayaraq apellyasiya instansiyasına üz tutub. Sabah həmin şikayət üzrə məhkəmə prosesi keçiriləcək.

Fotoda: Cavid Qara

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
1
qafqazinfo.az

2Mənbələr