AZ

Avtoxuliqanlıq edən yeniyetməyə qarşı cinayət işi açıldı; 7 ilədək həbs cəzası... VİDEO

Avtosfer portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gecə saatlarında şəhər küçələrində avtoxuliqanlıq edən yeniyetməyə qarşı cinayət işi açılıb. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın kurort şəhəri Anapada baş verib.

Belə ki, 18 yaşlı şəhər sakini icarəyə götürdüyü lüks kabrioletlə dostlarının müşayiəti altında şəhər küçələrində təhlükəli anlar yaşadıb.  Gənc sürücü məsuliyyətdən yayınmaq məqsədilə avtomobilin dövlət qeydiyyat nişanlarını çıxararaq yol hərəkəti qaydalarını kobud şəkildə pozub. Lakin hadisə bununla da bitməyib, o, küçələrin birində hərəkətdə olan avtomobildən tapançadan havaya bir neçə dəfə atəş açıb.

Silah səslərindən və qayda pozuntularından narahat olan sakinlərin dərhal polisə məlumat verməsi nəticəsində "isti izlərlə" əməliyyat keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları qısa müddətdə həmin şəxsi şəhər ərazisində yaxalayaraq bölməyə aparıblar.

Faktla bağlı artıq cinayət işi açılıb. Xuliqanlıqda ittiham olunan yeniyetməni 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Hazırda hadisənin digər təfərrüatları və gəncin silahı haradan əldə etdiyi araşdırılır.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
14
avtosfer.az

1Mənbələr