AZ

Bu ölkədə benzinin qiymətində tarixi rekord

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Niderlandda benzinin pərakəndə satış qiymətləri ABŞ və İsrailin İrana qarşı müharibəsi fonunda Hörmüz boğazında gəmiçilikdə yaranan fasilələr səbəbindən tarixi maksimumunu yeniləyib.

Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə "De Telegraaf" qəzeti "UnitedConsumers" istehlakçı birliyinin hesabatına istinadən məlumat yayıb.

Bildirilib ki, mayın 5-də "Euro 95" markalı benzinin bir litri 2.63 avroya təklif edilir. Dizel yanacağının qiyməti 2.58 avro olaraq qalıb. Beləliklə 40 litr həcmində çənin doldurulması təxminən 105 avroya başa gəlir.

Qeyd edilir ki, bu qiymətlər əsasən magistral yollar boyunca yanacaqdoldurma məntəqələrində tətbiq olunur, əsas magistrallardan kənarda isə yanacaq bir qədər ucuz ola bilər. Ölkədə bir litr benzinin dəyərinin təxminən 70%-i ƏDV (əlavə dəyər vergisi) və aksizlər də daxil olmaqla vergilərin payına düşür.

Aprelin 30-da Niderlandda "Euro 95" benzininin tövsiyə olunan qiyməti tarixdə ilk dəfə olaraq litr üçün 2.60 avronu keçib. Ölkədə dizel üzrə rekord aprelin 8-də qeydə alınıb - tövsiyə olunan qiymət litr üçün təxminən 2.82 avroya çatıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
avtosfer.az

1Mənbələr