AZ

Məşhur azərbaycanlı reper Moskvada qəzaya düşdü – VİDEO

Tanınmış reper Navai (Nəvai Bəkirov) Moskvada özünə məxsus “Ferrari” markalı avtomobili ilə qəza keçirib.

Oxu.Az xəbər verir ki, bu barədə “Ostorojno, Moskva” “Telegram” kanalı məlumat yayıb.

Hadisə mayın 5-də, Bakı vaxtı ilə saat 20 radələrində “Park Kulturı” metrosu yaxınlığında baş verib. İddialara görə, reper qəzadan sonra diqqəti cəlb etməmək üçün geyimini dəyişib. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunublar, qəzanın səbəbləri araşdırılır.

Navai baş vermiş yol-nəqliyyat hadisəsinin səbəbinə aydınlıq gətirib. O bildirib ki, qəzaya səbəb yarış təkərlərinin (slik) istismar müddətinin bitməsi və yararsız vəziyyətdə olmasıdır. Avtomobildə dövlət nömrə nişanının olmamasına gəlincə, reper maşını yeni aldığını qeyd edib.

“Maşına heyfim gəlmir, əsas odur ki, hamı sağ-salamatdır”, – deyə Navai vurğulayıb.

Qeyd edək ki, Samara şəhərində anadan olan Nəvai Bəkirov əslən azərbaycanlıdır.

Seçilən
15
2
editor.az

6Mənbələr