AZ

SEPAH Hörmüz boğazından keçən gəmilərə xəbərdarlıq etdi

İran Silahlı Qüvvələrinin elit bölməsi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri bütün gəmiləri Hörmüz boğazından yalnız Tehranın müəyyən etdiyi dəhlizlə keçməyə çağırıb.

Moderator.az xəbər verir ki, hərbçilərin bu xəbərdarlığı İranın dövlət televiziyası vasitəsilə yayımlanıb.

"Bildiririk ki, İran tərəfindən təklif edilən dəhliz Hörmüz boğazından keçmək üçün yeganə təhlükəsiz yoldur. Gəmilərin fərqli marşrutlara yönləndirilməsi təhlükəlidir və SEPAH-ın Hərbi Dəniz Qüvvələri bu addımı atan hər kəsə qarşı sərt tədbirlər görəcək", - deyə bəyanatda qeyd olunub.

Xatırladaq ki, mayın 3-də ABŞ Prezidenti Donald Tramp hərbi münaqişə səbəbindən akvatoriyada qapalı qalan gəmilərin Hörmüz boğazından çıxarılması məqsədilə "Project Freedom" (Azadlıq Layihəsi) əməliyyatını elan etmişdi. Amerika lideri həmçinin xəbərdarlıq edib ki, əgər bu humanitar prosesə hər hansı müdaxilə olarsa, güc tətbiqi ilə cavab veriləcək.

Seçilən
18
50
moderator.az

10Mənbələr