AZ

Aİ Ukraynaya 90 milyard avroluq kredit üçün vergi islahatını şərt qoyub

Ukrayna Avropa İttifaqının 90 milyard avroluq kredit proqramı çərçivəsində növbəti maliyyə paketlərini əldə etmək üçün vergi islahatı həyata keçirməlidir.

APA xəbər verir ki, bunu Brüsseldə keçirilən Avropa İttifaqının iqtisadiyyat və maliyyə məsələləri üzrə Şurasının iclasından sonra Avropa İttifaqının İqtisadi Məsələlər üzrə Komissarı Valdis Dombrovskis bildirib.

Onun sözlərinə görə, bu tələb Kiyevə maliyyə ayrılması üçün şərtlər siyahısına daxil ediləcək, lakin detallar və icra müddətləri hələ tərəflər arasında müzakirə olunur.

Avropalılar hesab edirlər ki, Ukrayna hazırda öz büdcəsini doldurmaq üçün daxili gəlirləri maksimum səviyyədə səfərbər etməlidir.

“Biz hələ də Ukrayna hakimiyyəti ilə makromaliyyə yardım proqramımızın əsasını təşkil edən şərtlərlə bağlı danışıqların çox irəliləmiş mərhələsindəyik”, –Dombrovskis bildirib.

Seçilən
3
4
apa.az

5Mənbələr