AZ

ABŞ İrana məhdudiyyətlərdən yayınmağa kömək edən istənilən quruma sanksiya tətbiq edəcək

ain.az, Apa.az saytına istinadən bildirir.

ABŞ Maliyyə Nazirliyi İrana ABŞ məhdudiyyətlərindən yayınmağa kömək edən istənilən maliyyə və kommersiya qurumlarına ikinci dərəcəli sanksiyalar tətbiq edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Ağ Evdə jurnalistlərlə söhbəti zamanı məlumat verib.

"Xəzinədarlıq hazırda bu rejimə axan hər bir dollar gəliri müəyyənləşdirir və bloklayır. Buna görə də, İrana qarşı sanksiyalardan yayınmağa kömək edən istənilən xarici maliyyə və ya kommersiya qurumu ikinci dərəcəli sanksiyalara məruz qalacaq və ABŞ maliyyə sisteminə çıxışını itirəcək", - Rubio bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
50
apa.az

10Mənbələr