AZ

“Real”ın ulduzu üçün 90 milyonluq təklif

Madrid “Real”ının yarımmüdafiəçisi Orelyen Çuameni karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

"Ölkə.az" xəbər verir ki, fransalı futbolçunun xidmətində “Mançester Siti” yaxından maraqlanır.

Mənbənin məlumatına görə, “şəhərlilər” 26 yaşlı yarımmüdafiəçinin transferi üçün Madrid klubuna 90 milyon avro ödəməyə hazırdır.

Bildirilir ki, İngiltərə təmsilçisinin baş məşqçisi Pep Qvardiola taktiki baxımdan Çuamenini öz komandası üçün ideal oyunçu hesab edir. Hər nə qədər “Kral klubu” futbolçunu yüksək qiymətləndirsə də, belə böyük məbləğli rəsmi təklif klub rəhbərliyini fransalı ulduzun satışı barədə düşünməyə sövq edə bilər.

Xatırladaq ki, Orelyen Çuameni 2022-ci ildə Fransanın “Monako” klubundan 80 milyon avro qarşılığında “Real”a keçib. Onun Madrid təmsilçisi ilə hazırkı müqaviləsi 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Cari mövsümdə yarımmüdafiəçi “Real”ın heyətində bütün turnirlərdə 46 oyuna çıxıb, 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.(qafqazinfo)

Seçilən
4
2
olke.az

10Mənbələr