AZ

ABŞ Ukraynaya JDAM tipli bombaların satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Ukraynaya JDAM uzunmənzilli idarəolunan bombaların və avadanlıqların satışını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Dövlət Departamentinin internet saytında dərc edilmiş açıqlamada bildirilir.

Məlumata görə, Kiyev KMU-572 konfiqurasiyasında 1200 JDAM və KMU-556 konfiqurasiyasında 332 JDAM, eləcə də əlaqəli avadanlıq və sənədlərin alınmasını istəyib.

Müqavilənin ümumi dəyəri 373,6 milyon dollardır. “Boeing” müqavilənin əsas podratçı şirkəti kimi çıxış edəcək.

Seçilən
88
apa.az

1Mənbələr