AZ

"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan çempionu oldu - VİDEO

"Sabah" ardıcıl dördüncü dəfə Azərbaycan Basketbol Liqasının qalibi olub.

Sportinfo.az xəbər verir ki, turnirin final seriyasının üçüncü oyununda "Abşeron Lions"u üstələyən "bayquşlar" 2025/2026 mövsümünün qızıl medallarına sahib çıxıblar.

Bakı İdman Sarayında baş tutan görüş "Sabah"ın 108:95 hesablı qələbəsi ilə bitib.

Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub etmişdi - 98:93, 112:84.

Reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olur.

Seçilən
3
50
sportinfo.az

10Mənbələr