AZ

Lavrov Qətərin Baş naziri ilə Hörmüz boğazındakı vəziyyəti müzakirə edib

ain.az, Apa.az portalına istinadən məlumat verir.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Qətərin baş naziri və xarici işlər naziri Məhəmməd bin Əbdürrəhman Əl-Sani arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, tərəflər Hörmüz boğazındakı böhranı müzakirə edərək məsələni güc yolu ilə həll etmək cəhdlərindən imtina etməyin vacibliyini vurğulayıblar.

Söhbət zamanı böhranı güc yolu ilə həll etmək cəhdlərindən imtina etmək və bütün maraqlı tərəflərin səylərini birləşdirərək davamlı, uzunmüddətli bir həll yoluna nail olmağı asanlaşdırmaq, o cümlədən bütün Fars körfəzi ölkələrinin qanuni təhlükəsizlik maraqlarını və boğazdan istifadə azadlığı prinsiplərini təmin etmək üçün tədbirlər barədə razılaşmalar əldə etmək zərurəti barədə ortaq fikir ifadə edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
50
apa.az

10Mənbələr