AZ

Bütün ağıllı insanların ortaq problemi

Yüksək intellektə malik insanlar çox vaxt bəzi ümumi problemlərlə qarşılaşırlar, xüsusilə də digər insanlarla münasibətlər qurmaqda çətinlik çəkirlər. Yüksək intellektə insana üstünlüklər versə də, eyni zamanda müəyyən çətinliklər də yarada bilər və psixoloqlar bildirir ki, belə insanlar tez-tez özlərini tənha hiss edirlər.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, mütəxəssislərin fikrincə, yüksək intellektə nə uğurlu karyera, nə də xoşbəxt həyat üçün zəmanət deyil. Hətta çox yüksək intellektə malik insanlar üçün cəmiyyətə uyğunlaşmaq daha çətin ola bilər.

Klinik psixoloq Anjelika Şils bildirir ki, orta intellekt səviyyəsi təxminən 100-dür. Həkim və ya hüquqşünas kimi peşələrdə çalışan insanların IQ göstəricisi adətən 120 ətrafında olur və onlar digər insanlardan çox da fərqlənmirlər. Amma IQ daha yüksək olduqda fərqlər daha çox hiss olunur.

Yüksək IQ-ya malik insanlar gündəlik həyatda tez-tez darıxırlar, çünki adi mövzular və fəaliyyətlər onlara maraqsız görünə bilər. Bu isə zamanla onların psixoloji vəziyyətinə təsir edir.

Mütəxəssislərin sözlərinə görə, belə insanlar arasında depressiya, asılılıq problemləri və sabit münasibətlərin olmaması daha çox rast gəlinir. Onlar tez-tez özlərini ətrafdakılardan uzaq hiss edir, çünki öz düşüncə səviyyələrinə uyğun insan tapmaq çətin olur.

Psixoterapevt İmi Lo əlavə edir ki, belə insanlar dərin emosional əlaqəyə ehtiyac duyurlar, lakin bu da bəzən münasibət qurmağı çətinləşdirir. Bəzən onlar yaxşı anlaşdıqları insanı itirməmək üçün uyğun olmayan münasibətlərdə belə qalırlar.

Mütəxəssislər həmçinin deyir ki, zehni fəaliyyət çox vacibdir. Daim öyrənmək və düşünmək insanın beyin fəaliyyətini yaxşı səviyyədə saxlayır, əks halda insan özünü laqeyd hiss edə və həyata marağını itirə bilər.

Psixoloqlar qeyd edir ki, bəzi hallarda münasibətləri davam etdirmək düzgün olmur və bunu göstərən aydın əlamətlər olur, hətta belə qərar vermək çətin olsa belə.

Seçilən
45
manset.az

1Mənbələr