AZ

1 aylıq maaşına Bakının mərkəzində ev almaq olur

Türkiyənin məşhur aktyoru Uraz Kaygılaroğlunun yeni layihəsindən əldə etdiyi qazancın məbləği hər kəsi təəccübləndirib. "Yeraltı" serialında baş rolu canlandıran sənətçinin hər bölüm üçün aldığı məvacib sosial şəbəkələrdə geniş müzakirə olunur.

Bizim.Media xəbər verir ki, hazırda "NOW TV" kanalında yayımlanan ekran işində "Bozqurd" obrazına həyat verən aktyorun gəliri milyonlarla ölçülür. 

İddialara görə, Uraz Kayqılaroğlu serialın hər bölümü üçün təxminən 1,5 milyon türk lirəsı (təxminən 56 min manat) qazanır.

Serialın ay ərzində dörd bölümünün yayımlandığını nəzərə alsaq, aktyorun aylıq gəliri 6 milyon lirəyə ( təxminən 225 min manat ) çatır. Bu rəqəmlər həm pərəstişkarları, həm də maqazin dünyası tərəfindən böyük maraqla qarşılanıb.

Hələlik nə aktyor, nə də istehsalçı şirkət məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

Aktyorun qazancı ilə yanaşı, onun keçmişdəki fiziki dəyişimi də yenidən gündəmə gəlib. Uraz Kaygılaroğlu bir vaxtlar artıq çəkidən əziyyət çəkdiyini və qidalanma pozuntusu yaşadığını bildirmişdi. Onun böyük əziyyətlə arıqlaması və xarici görünüşündəki kəskin fərq sosial media istifadəçiləri tərəfindən yenidən paylaşılır.

Xatırladaq ki, "Yeraltı" serialı reytinqlərdə ön sıralarda qərarlaşıb. Ekran işində Deniz Can Aktaş və Devrim Özkan kimi tanınmış simalar da rol alıb. Layihə xüsusilə döyüş və kriminal mövzusu ilə tamaşaçıların diqqətini çəkir. (Demokrat.az)

Bizim.Media  

Seçilən
46
bizim.media

1Mənbələr