AZ

Dünya bazarında neft 2 dollara yaxın ucuzlaşıb

Ajans.az xəbər verir ki, NYMEX birjasında WTI markalı neftin iyun fyuçersləri 1,85% və ya 1,89 dollar azalaraq 1 barel üçün 100,38 ABŞ dolları təşkil edib. Londonun ICE birjasında isə “Brent” markalı neftin iyul fyuçersləri 1,68% və ya 1,85 dollar azalaraq 1 barel üçün 108,02 ABŞ dolları olub.

Neft qiymətlərində azalma investorların Yaxın Şərqdə gərginliyin daha da genişlənməyəcəyi ilə bağlı gözləntiləri və bazarda mənfəət realizasiyası ilə əlaqələndirilir.

Seçilən
8
34
Ajans.az

10Mənbələr