AZ

ABŞ BMT Təhlükəsizlik Şurasına Hörmüzlə bağlı qətnamə təqdim etdi

ABŞ İrandan gələn iddia edilən təhdidi əsas gətirərək  BMT Təhlükəsizlik Şurasına  Hörmüz boğazında naviqasiya azadlığının qorunmasını nəzərdə tutuan qətnamə layihəsi təqdim edib.

Musavat.com ABŞ Dövlət Katibi Marko Rubionun Dövlət Departamentinin mətbuat xidməti tərəfindən yayımlanan açıqlamasına istinadən xəbər verir ki, ABŞ İrandan "hücumları, minaları və rüsumları dayandırmasını" tələb edir.

Bəyanata görə, Vaşinqton İran hakimiyyətindən "dəniz minalarının sayını və yerini açıqlamasını, onların təmizlənməsinə kömək etməsini və humanitar dəhlizin yaradılmasını dəstəkləməsini" gözləyir. Qətnamə layihəsi ABŞ, BƏƏ, Bəhreyn, Səudiyyə Ərəbistanı, Küveyt və Qətər tərəfindən birgə təqdim edilib.

Musavat.com

 

Seçilən
6
22
musavat.com

10Mənbələr