AZ

Muxtar Babayev: 2035 ci ilə qədər emissiyaları 40% azaltmağı öz üzərimizə götürmüşük

Apa.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Yenilənmiş 3-cü Milli Səviyyədə Töhfələr sənədinə əsasən 2035-ci ilə qədər emissiyaları 1990-cı illə müqayisədə 40% azaltmağı biz üzərimizə götürmüşük.

"APA-Eonomics" xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Bakıda keçirilən "V Aqrobiznesin İnkişafı Forumu"nda çıxışı zamanı bildirib.

O qeyd edib ki, bununla yanaşı uzunmüddətli Aşağı Karbonlu İnkişaf Strategiyası hazırlanır.

"Bundan əlavə, ölkəmiz Qlobal Metan Vədi Təşəbbüsünə də qoşulub və 2030-cu ilə qədər metan emissiyaların azalması istiqamətində qlobal səylərə dəstəyini bəyan edib. Bu hədəflərin milli planlaşdırma sənədlərinə inteqrasiyası həyata keçirilməlidir", - deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
11
3
apa.az

4Mənbələr