AZ

Qızı tərəfindən öldürülən müğənninin oğlu qəza keçirdi

Baku.ws saytına istinadən ain.az xəbər verir.

Evinin eyvanından yıxılaraq ölən müğənni Güllünün oğlu Tuğberk Yağız Gülter qəza keçirib.

BAKU.WS xəbər verir ki, onun hazırda səhhətinn yaxşı olduğu bildirilib.

Bu barədə Tuğberk özü məlumat yayıb.

"Qəza keçirməyimlə bağlı yayılan xəbərlər doğrudur. Ağır qəza keçirdim. Sadəcə bu barədə məlumat gec yayılıb. Mənimlə əlaqə saxlamağa çalışan və narahat olan hər kəsə təşəkkür edirəm. Sosial mediadan aktiv istifadə etmirəm. Bu dövrü hamıdan uzaqda yaşamaq istəyirəm" - deyə o qeyd edib.

Xatırladaq ki, müğənni Güllü sentyabrın 26-da Yalova şəhərinin Çınarcık rayonundakı evinin balkonundan yıxılaraq ölüb.

Cinayət hadisəsi ilə bağlı sənətçinin qızı Tuğyan Ülkem Gülter saxlanılıb.

Onun "qəsdən adam öldürmə" ittihamı ilə həbsinə qərar verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
baku.ws

2Mənbələr