AZ

​Qərarını verdi:

Türkiyənin tanınmış iş adamı və “Fənərbaxça” klubunun sabiq prezidenti Aziz Yıldırım yenidən klub rəhbərliyinə qayıtmağa hazırlaşır.
Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Yerli KİV-in yazdığına görə, o, qarşıdan gələn seçkilərdə prezidentliyə namizəd olmaq qərarını verib və yaxın günlərdə bu barədə rəsmi açıqlama ilə çıxış edəcək. Məlumatlara görə, uzun müddətdir məsləhətləşmələr aparan Yıldırım artıq son qərarını verib. O, seçki prosesi çərçivəsində imza toplamağa başlayıb və komandası ilə birlikdə hazırlıqları sürətləndirib.

Qeyd edək ki, Aziz Yıldırım 1998-2018-ci illərdə “Fənərbaxça”nın prezidenti olub və klub tarixində ən uzun müddət bu vəzifəni icra edən şəxs sayılır. Onun əsas rəqibləri məşhur iş adamları Barış Göktürk və Hakan Safidir.

Seçilən
11
metbuat.az

1Mənbələr