AZ

Orduda növbəti buraxılış mərasimi keçirildi

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) növbəti "Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu"nun uğurla başa çatması münasibətilə buraxılış mərasimi keçirilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, mərasimdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Vətən uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Məzunlara Müdafiə Nazirliyi rəhbərliyinin təbrikləri çatdırılıb.

Tədbirdə çıxış edənlər kursu müvəffəqiyyətlə bitirənlərə Vətənə və hərbi anda sadiq olmağı, hərbçi şərəfini hər zaman uca tutmağı tövsiyə edib, gələcək xidmətlərində uğurlar arzulayıblar.

Seçilən
7
5
publika.az

9Mənbələr